Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-04-2024 , 21:02

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Allahverdi Həsənli: “Son iki il ərzində Əhmədli Bələdiyyəsinin  50 min manatdan artıq DSMF borcunu bağlamışıq”

“2022-ci ilin may ayında sədr seçiləndə Əhmədli Bələdiyyəsinin DSMF-yə olan borcu 85 min manatı keçmişdi”-bu fikirləri adıçəkilən bələdiyyənin gənc və perspektivli sədri Allahverdi Həsənli kollektiv üzvlərinin və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakıyla keçirilən görüşdə  bildirib.

2022-ci ilin birinci beş ayında bələdiyyənin büdcə gəliri 10 min manata catmamışdısa, sonrakı dövrdə  bələdiyyənin əldə etdiyi maliyyə vəsaitinin həcmi 117 min manatı keçmişdi.

2021 və 2023-cü illəri müqayisə etsək əmlak  və torpaq vergisinin həcminin altı dəfədən cox artdığının şahidi olarıq.

Belə ki, 2021-ci ildə 17.633 manat əmlak vergisinə qarşı, 2023-cü ildə  104.787 manat, 10.577 manata qarşı  54.284 manatlıq  torpaq vergisi yığılmışdı.

Son iki ilə yaxın bir müddət ərzində kollektiv üzvlərinin hər biri işinə məsuliyyətlə yanaşaraq əvvəlki illərdə buraxılmış səhvlərdən nəticə çıxarmağı bacarmışlar. Məhz əldə edilən uğurlarda  kollektivin hər bir üzvünün əməyi danılmazdır. Bu fikriləri də sədr bildirib.

Daha sonra Allahverdi Həsənli qeyd edib ki, hazırda bələdiyyənin DSMF borcunun həcmi 32 min manatadək azaldılıb. Bu ilin sonunadək borcu ümumiyyətlə bağlamaq niyyətimiz var. Hazırda ərazidə olan 3.200 təsərrüfatın yalnız 1200-nin sənədi var. Əmlakın sənədinin olmaması, sözsüz ki, bələdiyyənin büdcə gəlirlərinin artmasına imkan vermir.

Vergi xidmətinin əməkdaşları mütəmadi olaraq vergi ödəyiciləriylə işləyərək maarifləndirici söhbətlər aparır. Təəssüf ki, bəzən vətəndaşlar vergilərini ödəməyə meylli olmurlar, maraq göstərmirlər. Dəfələrlə bildirişlər göndərilsə də, hətta reaksiya belə verməyənlər tapılır.

Belə olan halda  barələrində tərtib edilmş aktlar icra və probasiya şöbəsinə göndərilir. Son iki il ərzində 188 vergi ödəyicisi haqqında tərtib edilmiş akt müvafiq orqana göndərilmişdir.  Nətiə etibariylə  21.500 manat vergi borcu məhz bu istiqamətdən əldə edilmişdir. Cari ilin sonunadək daha 30 min manatlıq borcun alınması həyata keçiriləcəkdir.

Görüşdə vergi xidmətinin rəhbəri Elmar Sayadov və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli  Əhmədli Bələdiyyəsinin fəaliyyətində qarşılaşdıqları problemlərin həlliylə bağlı öz fikir və mülahizələrini bölüşüblər.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər